"Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin edəcək.
Qaynar xətt:
(055) 224 12 12