Əgər bu vaxtadək Türkiyəyə gedən 4 mln. rusiyalı turist Azərbaycana gələrsə, Rusiya Federasiyasının səfiri kimi, mən bundan çox xoşbəxt olardım.
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə verdiyi müsahibəsində bildirib.
“Məmnunluqla qeyd etmək istərdim ki, rusiyalı turistlərin Azərbaycana marağı artmaqdadır”, - səfir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan üçün diqqət cəlb etməyə gözəl şans yaranır.
“Azərbaycanda turizmin inkişafı üçün perspektivlər var və ölkə turizm sahəsini özünə prioritet seçib. Lakin elan etmək və turizm biznesi yaratmaq fərqli məsələlərdir, bu çox böyük işdir. Realist olmaq lazımdır.
Turizmə böyük əhəmiyyət verilməsinə baxmayaraq, ölkədə həm dənizdə, həm də dağlarda infrastrukturun inkişaf etdirilməsinə səylər göstərilir. Buna baxmayaraq, Azərbaycan hazırda milyonlarla rusiyalı turisti qəbul edə bilməz”, - V.Doroxin deyib.