Bakıda bəzi küçə və prospektlərdə piyada zolağının zəbt edilməsi və ya ümumiyyətlə nəzərdə tutulmaması problem olaraq qalır.
Oxu.Az xəbər verir ki, paytaxtın iki küçəsində çəkilmiş və sosial şəbəkələrdə paylaşılmış görüntülər müzakirələrə səbəb olub.
Belə ki, Binəqədi rayonu Cəfər Xəndan küçəsində çəkilmiş görüntülərdən aydın olur ki, dirəklərin quraşdırıldığı ensiz səki piyadaların hərəkəti üçün əlverişsizdir. Üstəlik, səki yarıda bitir və piyadaların təhlükəsiz gedişi üçün heç bir keçid yoxdur.
Növbəti foto isə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində çəkilib. Buradakı “mənzərə”dən görünür ki, qarajın girişi piyadaların yolunu bağlayacaq şəkildə uzadılıb.