“Azərbaycanda qadınların əmək haqlarının kişilərə nisbətən aşağı olması məsələsi var. Tibb sahəsində çalışanların 86%-i, təhsil sahəsində çalışanların isə 73%-i qadınlardır”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, qadınlar daha çox dövlət sektorunu seçirlər: “Maaşın azlığı da buna görədir. Çünki özəl sektorda maaş daha çoxdur. Yəni, onlara qadın olduğuna görə az maaş verilmir”.
U.A.
www.oxu.az