Noyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək yarmarkasını Şəmkir rayonunda keçirəcək.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, yarmarka Ə.Cavad adına Mədəniyyət Mərkəzində təşkil olunacaq. Yarmarkada boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. ƏƏSMN tərəfindən cari ilin əvvəlindən bu günədək ölkənin 58 rayon və şəhərində Əmək yarmarkaları keçirilib.