Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Senator: "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə liderdir"
"Düşünürəm ki, COP29 bu günə qədər ən yaxşı təşkil edilmiş COP-lardan biridir. Bu konfransın mövzularından biri də odur ki, iqlim dəyişikliyi ilə bağlı real məsələlərin, xüsusən də adaptasiya və təsirlərin yumşaldılmasının maliyyələşdirilməsi üçün yollar və vasitələr tapmalıyıq".
Bunu Oxu.Az-a açıqlamasında Zimbabve Parlamentinin senatoru Mişel Reuben Nyambuyaya deyib.
Tədbirdən gözləntilərini açıqlayan senator bildirib ki, bu, bir tok-şou olmamalı, razılaşmalara əməl edilməlidir:
"Biz bu xüsusi konfransdan çıxan razılaşmaları və bütün qətnamələri yerinə yetirməliyik. Ümid edirik ki, iqlimə zərər verənlər ən azı vurduqları ziyanı kompensasiya etsinlər. Çünki bunda ən çox əziyyət çəkənlər atmosferi ən az çirkləndirən ölkələrdir".
O, aktual problemlə bağlı mübarizədə Azərbaycanın lider olduğunu deyib:
"Məsələn, bu ölkədə ətraf mühit çox təmizdir. Çox az çirklənmə var. Bu o deməkdir ki, Azərbaycan ətraf mühitin mühafizəsi baxımından liderlik edir. Azərbaycan xalqına və hökumətinə uğurlar arzulayırıq".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"
- Yaşıl dünyaya töhfə verənlər: Günəş paneli almaq istəyənlər nələri bilməlidirlər?
- Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"
- Braziliyanın vitse-prezidenti: "COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı"
- Rəsmi Bakıdan Ararat Mirzoyanın iddialarına CAVAB