2015-ci ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 % bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 % ucuzlaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Komitə bildirir ki, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 % bahalaşıb, digər xarici ölkələr üzrə 8,7 % ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 % ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 % ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 % bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ülviyyə R. Əli
www.oxu.az