“Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan işlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə 230-dan artıq müraciət daxil olub”.
Oxu.Az-ın məlumatına görə, bunu müraciətlərin elektron idarəedilməsi sisteminin tətbiqinin bir illik yekunlarına dair keçirilən brifinqdə qurumun İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
Onun sözlərinə görə, həyata keçirilən yol infrastrukturu layihələri zamanı hər bir ağacın hesabatı aparılaraq aidiyyəti dövlət qurumları ilə müzakirə olunub:
“İşğaldan azad edilən ərazilərdə bir neçə ekoloji komissiya yaradılıb. Həmin komissiyalar ekoloji problemlərin aradan qaldırılması üçün fəaliyyət göstərir”.
Sədr əlavə edib ki, artıq doqquz aydır elektron idarəetmə sisteminə keçid edilib:
“Bununla da bir sıra dövlət qurumları ilə elektron sistem vasitəsilə sənədləşməni təmin edirik”.
Qeyd edək ki, bu il ölkədə həyata keçirilən tikinti layihələri ilə əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinə 491 sənəd daxil olub.
“Global Photo Stock”un əməkdaşı tədbirdən görüntüləri lentə alıb.
Daha çox foto burada: Photostock.az
İlhamə Əbülfət