Bəzi aksiyalar var ki, alış-veriş edərkən sizə müəyyən endirimlər qazandırar. Bəziləri isə var ki, sizi ödəniş etməkdən tamamilə azad edər. Kontakt Home mağazalar şəbəkəsində keçirilən “Şeş-Qoşa” kampaniyası sizə aldığınız malı PULSUZ aparmanız üçün şans verir. Necə? Hər şey çox sadədir. Malı alırsınız və ilk cəhddən Şeş-Qoşa atdığınız zaman PULSUZ əldə edirsiniz.
Çoxsaylı qaliblər arasında rekord nəticə 8 malı birdən alan müştəriyə nəsib olub. “Şeş-Qoşa” kampaniyasının bu rekordsmen qalibinin udduğu mallar 2 telefon, Gorenje qaz plitəsi, mini-soba Gastro, Redmond ətçəkəni, Philips trimmeri ve mikserden ibarətdir.

Bu, təsadüfi və yeganə qalib deyil. “Şeş-Qoşa” kampaniyası çərçivəsində Kontakt Home mağazalarında müştərilər 4 ədəd iPhone 6S, onlarla Samsung Galaxy mobil telefonu və planşetləri, çoxlu sayda televizor, kiçik və iri məişət texnikası və digər elektronika mallarına tamamilə PULSUZ sahib olublar.
Əgər “Şeş-Qoşa” ata bilsəniz, aldığınız məhsulun məbləği dərhal sıfırlanır və ödədiyiniz məbləğ sizə geri qaytarılır. Alıcının aldığı malların sayına və məbləğinə heç bir məhdudiyyət qoyulmur. Bir neçə mal aldığınız zaman hər bir məhsul üçün ayrıca Şeş-Qoşa atmağa ehtiyac yoxdur. Qaydalar maksimum sadə düşünülüb: 1 qəbz = 1 cəhd
Bəxtinizin nə qədər gətirməsini yoxlamaq və bunu qazancla başa vurmaq istəyirsinizsə Kontakt Home mağazalarının 15 filialından birinə yaxınlaşa bilərsiniz.
Kontakt Home mobil telefon, elektronika, məişət texnikası və mebel satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biridir. Şəbəkə Bakı, Sumqayıt və Gəncə şəhərində 15 multibrend mağazalar ilə təmsil olunur.
Həmçinin Samsung, Philips, Delonghi, Kenwood, Braun, Gorenje, Redmond və digər brendlərin distribüteridir. Kontakt Home öz alıcılarına mağaza daxilində çox sadə kredit şərtləri, hədiyyəli kampaniyalar, endirimlər təklif edir.


