“Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) 400-500 min ərizə daxil olur. Bunların əksəriyyəti yardımla bağlıdır”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında AHİK-in sədri Səttar Mehbaliyev deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun vəsaiti vergidən azad edilsə də, kiməsə yardım göstərmək üçün pulun mütləq bank hesabına köçürülməsi tələbi çətinlik yaradır:
“Bu formada kiməsə yardım göstərməkdə çətinlik çəkirik. Əvvəl ərizə yazırdılar, pulu birbaşa onun ünvanına göndəririk. Amma indi o ərizəçiyə məktub yazmalıyam ki, mənə bank kartının nömrəsini göndərsin. Bu da vaxt aparır və düzgün deyil”.
E.Ə.
www.oxu.az