2017-ci il aprelin 4-də “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, APA şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, yığıncağın gündəliyinə ASC-nin 2016-cı il üzrə fəaliyyətinin yekunu, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair təftiş komissiyasının hesabatının təsdiq edilməsi daxildir.
Bundan başqa, toplantıda müstəqil audit təşkilatının cəmiyyətin ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair hesabatının müzakirəsi, cəmiyyətin könüllü qaydada ləğv edilməsi kimi məsələlər müzakirə olunacaq.
Bununla yanaşı, iclasda səhmdarlar şirkətin ləğvetmə komissiyasının yaradılmasını müzakirə edəcəklər.
U.A.
www.oxu.az