Fevralın 24 və 27-sində sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçiriləcək.
Bu barədə Oxu.Az-a Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Xatırladaq ki, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər 22 fevral 2015-ci il saat 13:00-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə aşağıdakı e-mail vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər:
tamerlan.aliyev@maliyye.gov.az
Qeyd edək ki, bu tip imtahanlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun həyata keçirilir.