Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması layihəsi tərkibində Şirvan şəhərinin Baş planının hazırlanması həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi 02 iyun 2014-cü il tarixdən başlayaraq 60 gün müddətində Şirvan şəhərində keçiriləcək. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.
Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr.10, Şirvan şəhər İcra Hakimiyyətinin binası.
Gülnarə Zeynalova
www.oxu.az