Dağlıq Qarabağ Gömrük İttifaqına daxil olmayacaq, çünki hüquqi baxımdan o dünya tərəfindən qəbul edilmiş dövlət deyil.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Məclisinin spikeri Qalust Saakyan iyun ayının 2-də keçirilən iclasda bəyan edib.
Ermənistanın Dağlıq Qarabağla bərabər vahid iqtisadi məkan olacağı barədə hakimiyyət partiyanın bəyanatları barədə xatırlatmalara cavab olaraq Qalust Saakyan cavab verib:
“Ermənistanın gömrük məkanında Qarabağ indiki vəziyyətində qalacaq. Yəni Qarabağla gömrük məntəqəsinin olması mümkün deyil”.
Onun sözlərinin Dağlıq Qarabağın Gömrük İttifaqına de-nure kimi deyil de-fakto olaraq daxil olacağı anlamına gəlirmi sualına isə parlamentin sədri vurğulayıb:
“Əlbəttə. Dağlıq Qarabağın bütün mal dövriyyəsi, sərmayəsi Ermənistanda olduğu kimi Qarabağda da olacaq”.
Xatırladaq ki, Ermənistanın hakim partiyası olan Ermənistan Respublika Partiyasının lideri, Serj Sarkisyan respublika gənclər təşkilatlarının hesabat görüşlərində Nursultan Nazarbayevin bəyanatını şərh edərək Qarabağ probleminin Gömrük İttifaqı tərəfindən həll edilmədiyini deyib və “Kim dedi ki, biz Gömrük İttifaqına Qarabağla bərabər daxil olacağıq? Belə şey yoxdur, ola da bilməz, belə ki, Qarabağ bizim qanunvericiliyə görə Ermənistanın tərkib hissəsi deyil” deyə əlavə edib.