SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin aprel ayında 102 min 531 ton dizel yanacağı və 23 min 834 ton təyyarə yanacağı ixrac edib.
Oxu.Az SOCAR-ın məlumatına istinadla xəbər verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-aprel ayları ərzində 387 min 141 ton dizel yanacağı, 87 min 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.
2015-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti 326,50 dollar təşkil edib.