Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Şahdəniz” yatağının istismarı üçün gedən işlərin ikinci mərhələsinin realizə edilməsi istiqamətində yeni işçiləri cəlb etmək üçün planlarını açıqladı.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərlə görüşdə bildirib.
Onun sözlərinə görə yalnız tikinti işlərinə 10 min adam cəlb ediləcək.
““Şahdəniz-2” yatağının istismara verilməsinə hazırlıq üçün 30-35 min nəfər işçi cəlb ediləcək, işin əsas hissəsi isə 2017-2019-cu illərdə olacaq” – deyə Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə “Şahdəniz-2” iri və mürəkkəb layihədir.