2015-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6990 metr qazma işi həyata keçirib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bu sahədə görülən işlərin 6647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 14 155 metr qazma işi görülüb ki, bunun da 13 555 metri istismara, 600 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
www.oxu.az