Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12393 metr qazma işi həyata keçirib.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
Şirkətin məlumatına görə, bu sahədə görülmüş işlərin 12380 metri istismara aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 33 143 metr qazma işi görülüb ki, bunun da 32 143 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 21 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Ülviyyə R. Əli
www.oxu.az