Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Qazprom” ASC ilə qazın alqı-satqısı üzrə “svop” müqavilənin imzalanması üçün danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə Report- a SOCAR-dan məlumat verilib.
Şirkətdən bildirilib ki, hazırda Azərbaycanın Rusiya qazından imtina etməsindən söhbət getmir:
“Əgər təkliflər Azərbaycan tərəfinə uyğun olmasa, müqavilə imzalanmayacaq. Azərbaycanın qazı var, lakin əlavə qaz həcmlərinə ehtiyacımız olacaq. Buna baxmayaraq, bu əməkdaşlıq məqbul qiymət təkliflərindən asılıdır”, - deyə SOCAR-dan bildirilib.