Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SOCAR “Baykar” şirkətini yaşıl enerji ilə təmin edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” “Baykar” şirkətini yaşıl enerji ilə təmin edib.
Bu barədə SOCAR məlumat yayıb.
“İki ilə yaxındır elektrik enerjisi verdiyimiz “Baykar”ın elektrik istehlakını 2023-cü ildə yaşıla çevirdik. Beləliklə, “Baykar” elektrik enerjisindən istifadə nəticəsində karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə şirkətdən bildirilib.
“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimovun “Baykar Technologies” şirkətinə səfəri zamanı Səlcuq Bayraktar və Haluk Bayraktar ilə əməkdaşlığın miqyası qiymətləndirilib.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb
- Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verib
- "Azneft" İstehsalat Birliyində təhlükəsizlik tədbirləri gücləndirilib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- "Sumqayıt" klubunun prezidenti vəzifəsindən ayrılır?