Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
SOCAR CONSTRUCTION şirkəti Rusiyanın “Markovskoye” yatağında işlər üzrə baş podratçı seçildi
SOCAR CONSTRUCTION şirkəti “İrkutsk Neft Şirkəti”nin layihəsi çərçivəsində “Markovskoye” neft və qaz-kondensat yatağının bir sıra tikinti obyektlərində kompleks tikinti-quraşdırma işlərini yerinə yetirmək baş podratçı seçilib.
Planlaşdırılan işlərin siyahısına qazın kompleks işlənməsinin qurğusu, “Yaraktinskoye” və “Markovskoye” yataqlarından Ust-Kut şəhərinə təbii və səmt qazının emalı məhsullarının nəqli üçün boru kəməri sistemi daxildir. Layihənin müddəti 9 aydır. İşin həcmi 900 mindən çox insan-iş saatı təşkil edəcəkdir.
2000-ci ildə qurulan “İrkutsk Neft Şirkəti” (İNŞ) Rusiyanın ən böyük neft istehsalçılarından biridir. İNŞ İrkutsk bölgəsində sənaye neft istehsalında qabaqcıldır. Şirkət bir çox yatağın kəşfində böyük uğurlar qazanıb. Əsas fəaliyyət sahələri İrkutsk vilayəti, Saxa Respublikası (Yakutiya) və Krasnoyarsk əyalətində lisenziyalı yeraltı məntəqələrdə və yataqlarda geoloji kəşfiyyat, karbohidrogen xammalının hasilatıdır.
“Markovskoye” yatağındakı bütün kompleks işlərə metal konstruksiyaların, texnoloji boru kəmərlərinin və avadanlıqların quraşdırılması, konstruksiyaların betonlanması, torpaq işləri, istilik izolyasiyası və korroziyaya qarşı qorunma işləri, elektromontaj işləri, nəzarət-ölçü dəstləri və avtomatlaşdırma sistemləri işləri, hidravlik sınaqlar, qaynaqlı birləşmələrin nəzarəti, o cümlədən boya və lak örtüyünün tətbiqi daxildir.
“Markovskoye” yatağında kompleks qaz işlənməsi qurğusunun inşası haqlı olaraq millətlərarası beynəlxalq tikinti layihəsi statusuna iddia edə bilər.
SOCAR CONSTRUCTION bu layihə çərçivəsində işlərə Rusiya, Belarus, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, və Türkmənistandan 600, həmçinin Azərbaycandan 150 mütəxəssisi cəlb etməyi planlaşdırır.
SOCAR CONSTRUCTION-ın beynəlxalq layihələrdə böyük iş təcrübəsinə malik inşaatçılar briqadası Texniki Xidmət Bölməsinin(TXB) mühəndislərinin müşayiəti ilə artıq tikinti meydançasının inşasına başlayıb.
Bu tip layihənin icrasında son dərəcə yüksək ixtisaslı qaynaqçıların iştirakına icazə verilir.
Gələcək qurğunun təhlükəsiz istismarı ilə bağlı layihə və tələblərin çətinliyini nəzərə alaraq, sifarişçi İrkutsk Neft Şirkəti tərəfindən qaynaq əməliyyatların yerinə yetirilməsinə maksimal tələblər irəli sürülür.
SOCAR CONSTRUCTION rəhbərliyi ona həvalə edilmiş layihəni yüksək qiymətləndirir və “Markovskoye” yatağının işlənməsini maraqlı və iddialı bir vəzifə kimi baxır.
Bu layihənin icrası şirkətin peşəkar keyfiyyətlərini nümayiş etdirməyə bir daha mümkün edir. Obyektin inşasına geniş miqyaslı yüksək texnoloji qurğuların tikintisini uğurla həyata keçirmiş təcrübəli menecerlər və mütəxəssislər rəhbərlik edəcək.
Layihəni “Markovskoye” yatağındakı obyektlərdə effektiv şəkildə həyata keçirmək üçün İrkutskda SOCAR CONSTRUCTION MMC-nin ayrıca bir bölməsi yaradılıb.
SOCAR CONSTRUCTION MMC - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsidir.
Bu müəssisə Rusiya yanacaq-enerji kompleksinin yüksək keyfiyyətli sənaye və infrastruktur obyektlərinə artan ehtiyaclarını ödəmək üçün yaradılıb.
Şirkət Rusiya Federasiyasının hüquqi şəxslərin vahid dövlət reyestrində 8 avqust 2017-ci il tarixində neft-qaz sənayesi elementlərinin tikinti, quraşdırma və təmiri üçün müstəqil podratçı təşkilat hüquqları əsasında qeydiyyata alınıb.
2020-ci ildə SOCAR CONSTRUCTION şirkəti “Lisenziyasız qurğular layihəsi” çərçivəsində gücünə görə Rusiyada birinci, dünyada isə ikinci olan Amur Qaz Emalı Zavodunun bazasında işləri uğurla başa çatdırıb.
Hazırda şirkətin mütəxəssisləri ən yüksək səviyyədə “Tikinti sahəsindəki boru kəmərlərinin bloklarla texnoloji quraşdırılması” layihəsini həyata keçirirlər: Belarus Respublikasındakı “Mozırskoye” neft emalı zavodunun bazasında “Ağır neft qalıqları hidrokrekinq kompleksi”.
Bu məqsədlə Minsk şəhərində (Belarus Respublikası) “SOCAR Construction” MMC-nin törəmə şirkəti qurulub.