“Qaradağ” yatağındakı 477 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, quyuda Məhsuldar Qatın VII horizontunda 3159-3124 metr dərinlik intervalından təkrar süzgəc açılıb.
Quyuya sutkada orta hesabla 100 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.
Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Gülnarə Zeynalova
www.oxu.az