“Neft Daşları” yatağında daha bir quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Neft Daşları” yatağındakı 418a nömrəli stasionar dəniz özülündən 2615 nömrəli quyu qazmadan sonra istismara verilib.
Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-3 Lay Dəstəsinə qazılan quyu sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.
Gülnarə Zeynalova
www.oxu.az