Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən realizə edilən Gürcüstan regionlarının qazlaşdırma proqramı çərçivəsində yeni (potensial) abonentlərin sayı 250 minə çatacaq.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə SOCAR-da bildiriblər.
Həmsöhbətin sözlərinə görə, Gürcüstan hökuməti ilə bağlanan müqaviləyə əsasən “SOCAR Georgia Gaz” şirkəti (“SOCAR Energy Georgia” şirkətinin törəmə firması) 150 min yeni potensial abonenti qazla təmin etməli və bu prosesə 40 milyon dollar sərmayə yatırmalıdır. Amma aydın oldu ki, sərmayələr bu həcmdən artıq olacaq. Bu isə qazlaşdırma proqramının uzadılmasına səbəb oldu.
Mənbənin sözlərinə görə, yaxın günlərdə SOCAR və Gürcüstan hökuməti proqram çərçivəsində abonentlərin sayı 250 minə çatacaq müqavilə imzalayacaqlar.
“Yeni sənədin hazırlanmasına dair iş gedir və tezliklə imzalanması gözlənilir”, - mənbə deyib.
Mənbənin sözlərinə görə, müqaviləyə əsasən qazla təmin ediləcək abonentlərin sayı 150 min olsa da, hal-hazırda onların sayı 190 minə çatıb.
2008-ci ilin dekabr ayının 26-da SOCAR və Gürcüstan hökuməti Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şida i Kvemo Kartli, Acariya, Quriya, İmereti, Sameqrelo kimi regionları əhatə edən 30 qazpaylayıcı təsərrüfatın və qazpaylayıcı şəbəkənin şirkətin idarəçiləyinə verilməsi barədə müqavilə imzalayacaq. Sonra qazpaylayıcı təsərrüfatların siyahısı genişləndirilib. Göstərilən təsərrüfatlar ləğv edilərək, onların bazasında SOCAR-ın idarəçiliyndə olan yeddi regional qaz təsərrüfatı yaradılıb. (Trend)