2014-cü ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11975 metr qazma işi həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu sahədə görülmüş işlərin 11452 metri istismara, 523 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 33777 metr qazma işi görülüb ki, bunun da 33186 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Bundan əlavə, SOCAR-dan verilən məlumata görə, “Qaradağ” yatağında yeni quyu istismara verilib.
Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VII horizontuna qazılmış quyu 1889-1879 metr intervaldan sutkalıq 100 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.