2016-cı ilin sonuna SOCAR-ın bank hesablarında yerləşdirilən depozitlərinin həcmi 1,039 milyard manat təşkil edib.
Oxu.Az şirkətin ötən il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, qurumun banklarda yerləşdirdiyi pul vəsaitlərinin həcmi 4,163 milyard manat olub. Bu da 2015-ci illə müqayisədə 15 faizə yaxın azalma deməkdir.
Nağd vəsaitlərə gəlincə, hesabat dövrünə şirkətin 15 milyon manat nağd pul vəsaiti olub.
Nəzərə çatdıraq ki, SOCAR-ın vəsaitlərinin əsas hissəsi “Azərbaycan Beynəlxalq Bankı”nda yerləşdirilib. Bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, depozitlərinin həcmi hesabat dövrünə 1,154 milyard manat olub. Bu da 2015-ci illə müqayisədə 1,375 milyard manat azalma deməkdir.
L.Ə.