Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

SOCAR-ın Pakistandakı layihələrdə iştirakı imkanları müzakirə edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf və Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı ölkələr arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilmə müzakirə edilib.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR-ın "yaşıl istiqraz"larının Bakı Fond Birjasında tədavülünə başlanıb
- Bakının iki rayonunda qaz olmayacaq
- Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi
- SOCAR "KazMunayQaz", "Tatneft" və "Uzbeknefteqaz"la əməkdaşlığı genişləndirir
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq