Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır.