Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2014-cü ilin iyun ayında dövlət büdcəsinə 145 milyon 651 min manat vəsait ödənilib.
Oxu.Az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bu, 2013-cü ilin iyun ayı ilə müqayisədə 13 milyon 15 min manat və ya 109,8 faiz çoxdur.
“Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında büdcəyə 968 milyon 309 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 milyon 761 min manat və ya 123,3 faiz çox olub”, - məlumatda deyilir.
Bundan əlavə, cari ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 799 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 72 milyon 237 min manat təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az