Hazırda payız-qış mövsümü üçün SOCAR-ın “Qaradağ” və “Qalmaz” qaz anbabarlarına təbii qazın vurulması prosesi davam etdirlir.
Oxu.Az Dövlət Neft Şirkəti (SOCAR)-a istinadən xəbər verir ki, bu proses mövcud qrafikə uyğun olaraq, aprel ayından başlanılmışdır və cari ilin noyabr ayında başa çatdırılacaq.
2015-ci ilin mayın 20-ə kimi anbarlara ümumilikdə 338 milyon 754 min kubmetr qaz vurulub ki, bunun da 186 milyon 205 min kubmetri “Qalmaz”, 152 milyon 549 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşüb.
Şirkət bildirir ki, mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.
Ülviyyə R. Əli
www.oxu.az