Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar ayında 570.2 milyon kub metr qaz hasil edib ki, bu da 2014-cü ilin yanvar ayının göstəricisindən 17% və ya 121,3 milyon kubmetr azdır.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
2015-ci ilin yanvar ayında Azərbaycan üzrə qaz hasilatı 2 496 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 194 milyon kubmetr və ya 7,3% azdır.
www.oxu.az