2015-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6595 metr qazma işi həyata keçirilib. Bu da ötən ilin mart ayı ilə müqayisədə 5380 metr və ya 44,9% azdır.
Qeyd edək ki, bu sahədə görülən işlərin 6208 metri istismara, 387 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 20 750 metr qazma işi görülüb ki, bunun da 19 763 metri istismara, 987 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 16 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.