2014-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9362 metr qazma işi həyata keçirib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
“Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 98737 metr qazma işi görülmüşdür ki, bunun da 97109 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az