Sabah Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşəcək.
Oxu.Az Qruziya Onlayn-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Georgi Volskiy jurnalistlərə açıqlamasında bildirib.
“Sabah Gürcüstana SOCAR-ın nümayəndəsi gələcək. Tərəflər qaz tədarükü ilə bağlı detalları müzakirə edəcəklər. Əsasən müzakirə qiymətlərlə bağlı olacaq”, - deyə G.Volskiy bildirib.
Qeyd edək ki, bu gün Gürcüstan-ın energetika naziri qeyd edib ki, Gürcüstan Rusiya qazından asılı olmayacaq.
“Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməmək üçün bir çox imkanları var. Reallıqdan çıxış edərək, bu məsələdə Gürcüstan üstün vəziyyətdədir”, - Kaladze bildirib.
Ülviyyə R. Əli
www.oxu.az