Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Novorossiysk limanından 258,007 ton xam neft ixrac edib. Bu isə ötən ilin anaoloji dövrü ilə müqayisədə 88,500 ton və ya 52,21% çoxdur.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Xatırladaq ki, 2015-ci ilin yanvar ayında adıçəkilən limandan xam neft ixracı 169 507 ton olub.
Ülviyyə R. Əli
www.oxu.az