Qara Dəniz Ticarət və İnkişaf Bankı SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkey Energy” şirkətinə Trans-Anadolu Qaz Boru Kəməri Xətti (TANAP) layihəsində 7%-lik pay almağa yardım edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat bankın saytında yer alıb.
““SOCAR Turkey Energy”nin TANAP-da 7%-lik pay almasına dəstək ola bilər və bununla bağlı, daxil olan təklifi dəyərləndirməyə hazırdırlar”, - deyə bankın açıqlamasında qeyd edilib.
Bank həmçinin şirkətin olan borcları ilə bağlı da yekun qərarın bir aydan sonra açıqlanacağını bildirib.
Qeyd edək ki, TANAP layihəsinin ümumi dəyəri 10 milyard dollardır.
TANAP layihəsi payçıları arasında səhmlər belə müəyyənləşdirilib: SOCAR - 58%, BOTAŞ - 30%, BP - 12%.
Ülviyyə R. Əli
www.oxu.az