Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Turkey”in rəhbəri Kənan Yavuz SOCAR tərəfindən “Total” şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə yayılan xəbərlərə dair açıqlama verib.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, K.Yavuz “BloombergHT” agentliyinə açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib.
O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən “Total”ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.
10:43
SOCAR Türkiyədə Total fransız şirkətinin yanacaqdoldurma məntəqələrini almaqda maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, SOCAR Total şirkətinin Türkiyə bazarındakı 5.3 faiz payını almaq istəyir.
“SOCAR-ın bu marağı Total şirkətinin Türkiyə bazarını tərk etmək barədə qərarından sonra yaranıb”, - məqalədə deyilir.
Qəzet qeyd edir ki, Total şirkətinin Türkiyədə 450-yə yaxın yanacaqdoldurma məntəqəsi var.