Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq müzakirə olunub.
Oxu.Az xəbər verir ki, müzakirələr SOCAR prezidenti Rövşən Nəcəfin ADNOC-un aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə keçirtdiyi görüşdə aparılıb.
Görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda "SARB" və "Umm Lulu" yataqlarında iştirak payının 3 %-nin SOCAR-a verilməsinə" və "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair sazişlərin önəmi vurğulanıb.