Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MVM Group" şirkəti arasında əməkdaşlıq imkanları, bərpaolunan enerji ilə bağlı mövzular, perspektivdə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkət prezidenti Rövşən Nəcəf "MVM Group"un baş icraçı direktoru Karoli Matrai ilə görüş keçirib. Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, "MVM Group"un bu ilin III rübündə dünyanın ən iri təbii qaz-kondensat yataqlarından olan "Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusi vurğulanıb.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
- "SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
- Şuşada SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
- Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı