SOCAR 2015-ci ilin mart ayında 119 min 382 ton dizel yanacağı və 31 min 341 ton təyyarə yanacağı ixrac edib.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatına görə, ümumilikdə, 2015-ci ilin yanvar-mart ayları ərzində 284 min 609 ton dizel yanacağı, 63 min 811 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.
SOCAR eyni zamanda mart ayında dünya bazarında yanacağın qiyməti barəsində də məlumat yayıb.
Belə ki, 2015-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 592,36 dollar, təyyarə yanacağının - 539,78 dollar, dizel yanacağının - 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti 306,38 dollar təşkil edib.
Məlumat üçün bildirək ki, 2015-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 572,95 dollar, təyyarə yanacağının - 575,60 dollar, dizel yanacağının - 539,09 dollar, 1% kükürdlü mazutun qiyməti 314,04 təşkil edib.