SOCAR xaricə satılan dizel yanacağının həcmini azaldıb, amma təyyarə yanacağının həcmini artırıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-dan verilən məlumata görə, 2015-ci ilin fevral ayında 54 min 70 ton dizel yanacağı və 16 min 478 ton təyyarə yanacağı ixrac edilib. Məlumat üçün bildirək ki, 2015-ci ilin yanvar ayında 111 min 157 ton dizel yanacağı, 15 min 991 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.
Ümumilikdə isə 2015-ci ilin yanvar-fevral ayları ərzində 165 min 227 ton dizel yanacağı, 32 min 470 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.
Şirkət fevral ayı ərzində satdığı yanacağın qiymətini də artırıb:
Belə ki, 2015-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 572,95 dollar, təyyarə yanacağının - 575,60 dollar, dizel yanacağının - 539,09 dollar, 1% kükürdlü mazutun qiyməti 314,04 dollar təşkil edib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 467,99 dollar, təyyarə yanacağının - 494,90 dollar, dizel yanacağının - 449,45 dollar, 1% kükürdlü mazutun qiyməti 252,36 dollar təşkil edib.