BTC (Baku-Tbilisi-Ceyhan) kəməri istifadəyə verilən gündən 2014-cü il fevral ayının 1-ə qədər 237 milyon 545 min 38 ton neft vurulub.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, 2014-cü ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 445 ton Azərbaycan nefti nəql olunub.
Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 min 462 ton Türkmənistan nefti, 238 min 399 ton isə Qazaxıstan nefti nəql olunub.
SOCAR-ın məlumatına görə, 2014-cü ilin yanvar ayı ərzində 2 milyon 208 min 677 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
2014-cü ilin yanvar ayı ərzində 2 milyon 208 min 677 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Məlumatda qeyd olunub ki, BTC kəməri istismara verilən gündən 2014-cü il fevral ayının 1-ə qədər Ceyhan limanından 235 milyon 352 min 591 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Gülnarə Zeynalova
www.oxu.az