Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Londonda aldığı əmlak bahalaşıb.
Bu barədə Oxu.Az-a SOFAZ-dan bildiriblər.
Qeyd olunub ki, 2012-ci ildə 177 milyon 350 min funt sterlinqə alınmış və Londonun Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlakın icarəyə verilməsindən 2015-ci ilin sonunadək təxminən 27 milyon funt sterlinq (təxminən 39 mln. dollar) gəlir əldə edilib.
“Bununla yanaşı, hal-hazırda bu əmlakın dəyəri bazarda 213 milyon funt sterlinqi məbləğində qiymətləndirilir”, - deyə, SOFAZ-dan bildiriblər.
Fonddan həmçinin qeyd ediblər ki, 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30%-dən yüksəkdir (orta illik gəlirlilik təqribən 10% təşkil edib).
Ülviyyə R. Əli
www.oxu.az