Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 1,62 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Fonddan Oxu.Az-a daxil olan məlumatda deyilir ki, adı çəkilən layihə üzrə 2001-ci ildən bu il aprelin 1-nə qədər Neft Fonduna daxilolmaların həcmi isə 123 milyard 729 milyon dollar təşkil edib.
U.A.
www.oxu.az