Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 560, 995 milyon dollarlıq da qızıl ala bilər.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, fondun məlumatına görə, 1 aprel üçün malik olduğu fiziki qızılın məbləği 1256,2 milyon dollardan ibarət idi, bu isə investisiya portfelinin (36343,9 milyon) 3,5%-nə bərabərdir.
İnvestisiya qaydaları fonda fiziki qızıla öz portfelinin 5%-i qədər investisiya qoymağa imkan yaradır, bu isə aprel ayının 1-nə olan məlumata görə, 1817,195 milyon dollara bərabər idi.
Hesabat tarixində SOFAZ 30,175 ton qızıla (970,146 min unsiya) malik idi.