Pul köçürərək, pul qazanmaq üçün cəmi üç gün vaxt qaldı!
“Expressbank”ın Western Union ilə birgə keçirdiyi aksiya sona çatır. Lakin 17 oktyabr tarixinədək hələ də “Expressbank”da Western Union təcili pul köçürmələri sistemi ilə pul göndərən və ya pul alanlar bonus qazana biləcəklər. Bonuslar “Expressbank”ın pul köçürmələri həyata keçirən bütün müştərilərə hədiyyə etdiyi Pul Karta oturacaq.
Aksiyanın qüvvədə olduğu son üç gün ərzində pul köçürənlər komissiyadan 15% məbləğində, pul qəbul edənlər isə ümumi məbləğdən 0,2% dəyərində bonus qazanacaqlar. Beləcə, “Expressbank”da Western Union ilə həm pul göndərən, həm pul alan udmuş olacaq: biri gəlir əldə edəcək, o biri isə ona göndərilən məbləğdən daha artıq pul alacaq!
Qeyd edək ki, “Expressbank”ın aksiyadan kənar pul köçürmə şərtlərinə görə, pul göndərənlər karta komissiyanın 5%-i dəyərində, pul alanlar isə ümumi məbləğin 0,1%-ni alırlar.
“Expressbank” fərqli xidmət göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.
Bankın yeni məhsulları və aksiyaları barədə məlumatlı olmaq üçün sosial şəbəkələrdəki səhifələrə yazılın:
https://www.facebook.com/Expressbank/