Azərbaycanda əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə sosial sığorta ödəmələri nağdsız qaydada veriləcək.
Oxu.Az məlumat verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclasında bununla əlaqədar “Sosial sığorta haqqında” qanunun 17-ci (Sosial sığorta ödəmələrinin verilməsi) maddəsinə əlavə müzakirəyə çıxarılıb.
Bu əlavəyə əsasən sosial sığorta ilə bağlı əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə ödəmələr "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq veriləcək.
Layihə sonra səsə qoyularaq qəbul olunub.
Kamil HƏMZƏOĞLU
www.oxu.az