“Sovetski”də sahəsi kiçik olan evlərin sahiblərinə kompensasiya verilməsi qaydasına yenidən baxılacaq.
Oxu.Az ANS TV-nin məlumatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov məlumat verib. Onun sözlərinə görə, bu cür evlər kifayət qədərdir və hazırda hökumət bu məsələnin həllini müzakirə edir.
“Bu sahədə 300-dən artıq ev var. Amma biz heç kəsi bu ərazidən məcburi köçürmürük. Kim istəyir qalır. Yaşayış olan evlər də kommunal xidmətlərlə tam təmin edilir”- deyə Abid Şərifov qeyd edib.