İndiyədək 330-a yaxın “Sovetski” sakini ilə söküntü üçün müqavilə imzalanıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Səməd İslamov deyib.
Onun sözlərinə görə, indi 600-ə yaxın sakin razılıq müqaviləsi üçün onlara müraciət edib:
“Vətəndaşlar bizə ərizə ilə müraciət edir və biz onlarla həftədə 3 dəfə görüşürük. Əgər kimsə evindən çıxmaq istəmirsə, problem yoxdur. Bu, onların hüququdur. O insanlar əvvəlki qaydada evlərində yaşaya bilərlər”.