Avropanın, Yaxın Şərq və Afrikanın (EMEA (Europe, the Middle East and Africa) regionu) inkişaf edən ölkələrini bir çox bank sistemləri üçün 2016-cı il sınaq ili olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Standard & Poor’s”un yeni “EMEA regionunun inkişaf edən ölkələrinin bank sistemləri 2016-cı ildə: Neqtiv amillər dominantlıq edir” hesabatında bildirilib.
“S&P” ehtimal edir ki, iqtisadi inkişafın sürətinin azalması, bank biznesinin inkişafını məhdudlaşdıracaq, bu isə neft satışından asılılığını nzərə alarsaq Rusiya, Nigeriya, Azərbaycan və Qazaxıstanda əməliyyatlar həyata keçirən bankların aktivlərin və marja göstəricilərinin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.